Keçmişdə zina edib tövbə etmiş qadın evlənəcəyi adama bu haqda danışmalıdırmı?
Va aleykumus-sələm. Sözsüz ki, zina etmək ən böyük günahlardan sayılır. Əgər qız tövbə edibsə, bu halda etdiyi günahı gizlətməli və bu barədə heç kəsə xəbər verməməlidir. O, günahını gizlətməklə xəyanət etmiş sayılmır. Çünki bu hadisə daha əvvəl baş vermişdir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Alahın sizə qadağan etdiyi bu çirkin əməldən (zinadan) çəkinin! Kim bu günaha düşərsə, Uca Allahın onu örtməsi ilə bu günahını gizlətsin!" (Sunən əl-Beyhəqi).
Həmçinin buyurur: "Uca Allah bu dünyada qulunun günahını örtərsə (onu insanlardan gizlədərsə), Qiyamət günündə də onu örtər (bağışlayar)". (Səhih Muslim, 2590). Həmçinin, insan tövbə etməklə yanaşı xeyirxah əməlləri, nafilə ibadətləri çoxaltmalıdır. Çünki, xeyirxah əməllər günahları silib aparır. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Həmçinin oxuyun:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Zina etmiş insan necə tövbə etməlidir?
Zina və ondan necə qorunmaq haqqında