Ötən illərin orucunu tutmaq lazımdırmı?

    17.03.2020
Kimdən: 
Anonim
Sual: 
Salam.Bu saytdan oxudumki oten illerin namazini qilmaq lazim deyil.Bes oruc? Ancaq 2 ildir ki ramazanda oruc tutmuşam ve tovbe eledim ki uzrsuz sebebim olmadan ramazan orucunu buraxmayacam. Orucunun vacibliyini derk elemirdim.Ve tutmadiqlarimi tutmaq istiyirem. Hetda 2 hefte qeza orucu tutmusam.Bilmirem duzmu edirem.Zehmet olmasa deyerdiz uşaq vaxti tutmadiğim oruclari tutmaq olar?Ve eger tutmaq lazimdirsa qeza niyeti ile lazimdi? Ve keffare varmi ve nedir keffaresi?Ve hesablasam ne qeder gun tutmaliyam?20 yaşimda oruc tutdum.qizam.9 yaşimnan hesablayanda 11 il buraxmişam her il ucun 30 gun mu hesablayim? Eleyir 330 gun? Uste gel buraxdigim her gune 60 gunde gelim mi? Nolar deyerdiz
Cavab: 
Va aleykumus-sələm. Günahlardan tövbə edən insan əvvəl qılmadığı namazları qəza etmədiyi ki, buraxdığı orucları da qəza etmir. Bu səbəbdən əvvəlki orucları tutmağa ehtiyac yoxdur. Çünki tövbə özündən əvvəlki günahları silir. Uca Allah buyurur: "Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar avam­lıqları üzün­dən pis iş gör­dükdən sonra tez bir zamanda töv­bə edərlər. Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir". (ən-Nisa, 17). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Həmçinin oxuyun:
Keçmiş illərin oruclarının qəzasını tutmaq istəyirəm, amma xəstəyəm...
Keçmiş Ramazan oruclarını tutmayan qəzalarını tutmalıdırmı?
Teqlər: 
Paylaş: