Boşanmaq günahdırmı?

    01.04.2020
Kimdən: 
Sual: 
Salam boşanmaq günahdımı
Cavab: 

Aleykum salam. Uca Allah boşanmanı bir-biri ilə yola getməyən, birlikdə yaşamaları mümkün olmayan və bir yerdə qalmaları daha böyük fəsada səbəb olan cütlüklər üçün çıxış yolu olaraq təyin etmişdir. Dinimiz boşanma ixtiyarını ərə vermişdir. Qadın öz-özünü evləndirə bilmədiyi kimi özünü boşaya da bilməz. Boşanma qərarını yalnız kişi verə bilər. Çünki qadın yaradılış baxımından kişidən daha zəif olaraq xəlq edilmişdir. Ciddi səbəb olmadan qadının ərindən boşanma tələb etməsi böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, ciddi səbəb olmadan ərindən boşanma tələb edərsə, Cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672). Boşanma haqqında daha ətraflı buradan oxuyun:

Teqlər: 
Paylaş: