Borcu qaytarmaqda çətinlik çəkənə nə məsləhət görürsünüz?

    01.04.2020
Sual: 
Əssələmu aleykum va rahmatullah. Allah Təala elminizə bərəkət versin. Çox faydalanıram sual bu saytdan. Allah razı olsun. Sualım belədir: Etdiyim səhlər ucbatından bir çox insana yüklü miqdarda borcum var. Qaytarmaqda əziyyət çəkirəm. Quran və Sünnədə olan dualar oxuyuram, namazda Allah Təaladan kömək istəyirəm. İnşəAllah Rəbbimiz bir yol açar. Ancaq borc yiyələri möhlət vermirlər. Nə qədər möhlət istəsəmdə, danışıqlar aparsamda mənə vaxt qoyublar. Borc yiyələri bu məsələlərə dünyəvi yanaşırlar. Satılası bir mülkümdə yoxdu ki, satım verim. Bir qardaş kimi nə məsləhət görürsüz? Allah Sübhənə və Təalə bizləri borc altında qalmaqdan və insanlar tərəfindən sıxışdırılmaqdan qorusun Amin.
Cavab: 

Aleykum salam. Uca Allahdan sizə borcunuzu gözəl şəkildə ödəməyə müvəffəq etməsini diləyirik! Borclu olan insan Allaha təvəkkül etməklə yanaşı borcunu qaytarmaq üçün qazanc yolları axtarmalıdır. Həmçinin, günahlardan Allaha tövbə edin və hər bir işdə Allahın əmr və qadağalarına riayət etməyə çalışın. Uca Allah buyurur: "Kim Allahdan qor­xarsa, Allah ona hər sıxıntıdan bir çıxış yolu nəsib edər və ona gözləmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha tə­vək­kül etsə, Allah ona kifayət edər" (ət-Taləq, 2-3).

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu duaları oxumağı da öyrətmişdir:
 [Allahumməkfiniy bihəlalikə an həramikə və əğniniy bifadlikə ammən si­vakə]
  «Allahım! Məni Öz halalınla kifayət­ləndirib haramına möhtac etmə! Məni Öz lüt­fünlə Özündən başqasına möhtac etmə!» (ət-Tirmizi, 5/560. Bax: «Səhihu-t-Tirmizi», 3/180)
 
[Allahummə inniy əuzu bikə mi­nəl-həmmi vəl-həzəni, vəl-aczi vəl-kəsəli, vəl-buxli vəl-cubni, və daləid-deyni və ğaləbətir-ricali]
  «Allahım! Üzüntü və kədərdən, acizlik və tənbəllikdən, xəsislik və qorxaqlıqdan, borc altında qalmaqdan və insanların (məni) sıxış­dırmasından Sənə sığınıram!» (əl-Buxari, 7/158)

Həmçinin oxuyun: Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?

Teqlər: 
Paylaş: