"Yer üzü mənim üçün səcdəgah və təmizlik üçün vasitə edildi" hədisinin şərhi nədir?

    02.04.2020
Kimdən: 
Sadiq
Sual: 
Salam Aleykum.Möhürle namaz qılmaq niye bidetdir?ferqi nedir xalçaya secde etdin yada daşa.Kebe evinde camaat Mesçidül Heremin daşlarına secde edirler.Peyğember (s) buyurur: Torpaq (yer) menim üçün secdegah ve pak-pakizelik vasitesi qerar verilmişdir”. Buxari 1 c. Seh 91. Hedis № 2(Kitabus-Selat)
Cavab: 

Va aleykum salam. Uca Allah bizə ibadətlərimizdə Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) tabe olub, onu özümüzə nümunə götürməyi əmr edərək buyurur: "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir" (əl-Əhzab, 26). Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "Məni necə namaz qılan görürsünüzsə, siz də o cür namaz qılın!" (Buxari). Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını vəsf edən hədislərə diqqət etsək görərik ki, Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) möhürlə namaz qılmamışdır və bunu buyurmamışdır. Əksinə bəzən yerə səcdə etmişdir, bəzən isə həsirin üzərində namaz qılmışdır. Bu səbəbdən namaz qılarkən yalnız möhürə səcdə etmək Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) etmədiyi bir əməl olduğuna görə bidət (dində yenilik) sayılır.

O ki qaldı Məscidul-Haramda daşın üzərində namaz qılmağa, bəli insan üzərində dayandığı pak və təmiz olan hər bir şeyin üzərinə səcdə edə bilər. Peyğəmərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun): "Yer üzü mənim üçün səcdəgah və təmizlik üçün vasitə edildi" hədisi də məhz bu mənadadır. Hədisin tam mətni belədir: "Mənə beş (xis­lət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: "Bir ay əvvəl düş­mənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün pak və namazgah olması, belə ki, üm­mətimdən olan hər bir kəs istənilən yer­də vaxtı girmiş namazı qılmalıdır; qənimətlərin mənə halal olması, belə ki, bu, mən­dən qabaq heç bir peyğəmbərə halal olmamışdır; (Qiya­mət günü tə­ri­fə­la­yiq mə­qamda) şəfaət verməyim; və bir də hər bir peyğəmbər yalnız öz qöv­mü­nə göndə­rilərdi, mən isə bütün insanlara göndərilmişəm" (əl-Buxari, 335) Peyğəmbərin bu sözləri: "Belə ki, üm­mətimdən olan hər bir kəs istənilən yer­də vaxtı girmiş namazı qılmalıdır" "səcdəgah" deməklə nəyi nəzərdə tutduğunu açıqlayır. Bizdən əvvəlki ümmətlərdə namaz yalnız müəyyən yerlərdə - ibadətgahlarda qılına bilərdi. Bizim ümmətdə isə namaz istənilən pak yerdə qılına bilər. Bu, Uca Allahın bizim ümmətə verdiyi özəllikdir. Həmçinin, oxuyun:

Teqlər: 
Paylaş: