Atamın bizə qayğı göstərməməsi nə dərəcədə günahdır?

    17.04.2020
Kimdən: 
beşirova fidan
Sual: 
atam mene 4aydi baxmir anami meni qardaşimi atib men ne ede bilerem atam öz atasi ve qardaşinin sözü ile bize baxmir atam ve anam hele boşan miyib amma ayri yaşayirlar . atamin bize baxmamaai ne qeder gunahdi xahiş edirem mene cavab yazin
Cavab: 

Salam aleykum. Ümumiyyətlə yaxşı olar ki, ailədə baş verən problemlər ailənin daxilində həll olunsun. Ata ailədə böyük məsuliyyət daşıyır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisi) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (Səhih əl-Buxari, 2554, 7138; Səhih Muslim, 1829). 
Sözsüz ki, sizi atmaqda doğru iş görməmişdir. Belə məsələlərdə ailə üzvlərindən olan ağsaqqallara və böyüklərə müraciət etmək lazımdır. Uca Allah buyurur: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır". (ən-Nisa, 35). 
Bilin ki, atanız sizə qarşı haqsız davranaraq günah sahibi olsa belə, bu, sizə ona qarşı çıxmağa və ona nifrət etməyə haqq vermir. Nə olsa da, valideyn haqları sizin üzərinizdə qalmaqdadır və sizin üzərinizə düşən valideynlərinizə qarşı gözəl münasibətdə olmaqdır.
Habelə, Allaha dua edərək kömək diləyin. Duanın qəbul olunan saatlarında Allaha dua edin. Həqiqətən, O, duaları Eşidəndir və qəlblərdə olanı Biləndir. Həmçinin oxuyun:
Pis valideynlərə nifrət etmək düzgündürmü?
Valideynlə küsülü qalmaq olarmı?

Teqlər: 
Paylaş: