İnsan öz ürəyini hansısa ürəyi xəstə olan bir kəsə hədiyyə edə bilərmi?

    15.04.2020
Sual: 
Insan oz ureyini hansisa ureyi xeste olan birine bagislaya bilermi?
Cavab: 

Əssələmu aleykum. İnsan sağ ola-ola özünü həlak edərək ürəyini kiməsə hədiyyə etməsi qadağandır. Çünki bu əməl özünü öldürmək sayılır. Uca Allah buyurur: "...özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (ən-Nisa, 29).

Əgər insan öldükdən sonra ürəyini hədiyyə etmək istəyərsə, buna müəyyən şərtlər daxilində icazə verilir. Çünki belə etməklə kiminsə həyatını qurtarmış sayılırsınız. Bu isə yaxşı əməllərdəndir. Uca Allah buyurur: "Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar" (əl-Maidə, 32). Həmçinin oxuyun:

Sağ ikən orqan bağışlamaq olarmı?

Öləndən sonra orqan bağışlamaq haqqında

Teqlər: 
Paylaş: