Hicabla bağlı sual

    09.04.2014
Sual: 
Salam aleykum. Men bir aydır ki, hicab bağlayıram. Men bilmeden meni eve gelen qonaqlar hicabsız gördüler. Amma tez qaçıb bağlandım. Bunun günahı nedir? Buna göre çox narahatam. Xahiş edirem tez bir zamanda sualımı cavablandırasız. Allah sizden razı olsun!
Cavab: 

Aleykum salam. İnşallah buna görə sizə heç bir günah yazılmaz. Çünki bu qəsdən edilməmişdir. Allah Təala buyurur: "...Səhvən etdiyiniz əməllərə görə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
 

Paylaş: