Qəsb etdiyi malı sahibinə qaytara bilməyənin tövbəsi qəbul olunurmu?
Əssələmu aleykum. Başqasının malını haqsız yerə qəsb etmək böyük günahdır və bu günahdan tövbə etmək lazımdır. Başqasının haqqı ilə əlaqəli olan günahdan tövbə etmək üçün haqqına girdiyin şəxsdən halallıq almaq vacibdir. Halallıq almadan tövbə etmək düzgün sayılmır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Qoy birisinin şərəfinə toxunmaqla və ya ona başqa bir pislik etməklə zülm etmiş adam, dinar və dirhəmin fayda verməyəcəyi gün gəlməmişdən əvvəl ondan halallıq alsın. Əgər Qiyamət günü onun savabları olarsa, etdiyi zülm qədər savabından götürülər və zülm etdiyi adama verilər; yox əgər savabları olmazsa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyular". (əl-Buxari, 2449).
Əgər malı qəsb olunan şəxsi tapmaq mümkün olmursa, bu halda qəsb olunan malı və ya onun məbləğini həmin şəxsin adından sədəqə verərək haram yolla əldə olunan maldan qurtulmaq lazımdır.