Keçmişdə bilməyərək səhv aldığım dəstəmaz və ya qüsl qəbul olunurmu?

    15.04.2020
Kimdən: 
Günel
Sual: 
Salam. Sualım beledir; eger qüsul yaxud destamaz almada bilmeden neyi ise sef ediedinse indiye qeder o, batilmi sayilirdi?
Cavab: 

Aleykum salam. Uca Allah unudaraq və ya səhvən edilən günahları bağışlayır. Bu səbəbdən əgər əvvəllər hansısa bir əməldə səhv etmisiniz, lakin sonradan bilib səhvinizi düzəltmisinizsə, etdiyiniz ibadətlər qəbuldur və bu səhv sizin ibadətinizi batil etmir. Bu xüsusda Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”" (əl-Bəqərə, 286).

Səhih bir hədisdə bildirilir ki, möminlər bu ayəni oxuduqda, Allah: “Bəli!”– deyə buyurdu. Möminlər: “Ey Rəbbimiz, biz­dən əv­vəlkilərə yüklədiyin ki­mi, bizə də ağır yük yükləmə!” – dedikdə, Allah: “Bəli!” – deyə buyurdu. Möminlər: “Ey Rəbbimiz, gü­cü­müz çatmayan şeyi daşımağa bizi vadar etmə!” – dedikdə, Allah: “Bəli!” – deyə buyurdu. Möminlər: “Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayə­darı­mızsan! Ka­fir­ləri məğlub etmək­də bizə yardım et!” – dedikdə isə Allah: “Bəli!” – deyə buyurdu”. (Muslim, 125, 179, 344). 

Həmçinin, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah mənim ümmətimdən səhvən, unutqanlıqdan və məcbur edilərək etdikləri günahları bağışlamışdır". (İbn Məcə, 2043, 2045).

Həmçinin, Adiy ibn Hatimin (Allah ondan razı olsun) rəvayət etdiyi hədis buna dəlalət edir: Ağ sap qara sapdan seçilənə qə­dər yeyin-için” (əl-Bəqərə, 187) ayəsi nazil olduqda, mən bir ağ və bir qara ip götürüb yas­tı­ğı­mın altına qoydum və gecə boyunca bu iplərə baxdım, lakin heç bir şey ayırd edə bil­mədim. Səhəri gün Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib nə etdiyimi ona xəbər ver­dim. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə dedi: "Elə isə sənin yastığın (səhərin şəfəqini və gecənin qaranlığını əhatə etdiyi üçün) çox genişdir. Əslində, bu, gecənin qaranlığı və gün­dü­zün aydınlığı­dır". (əl-Buxari, 1783, 1916; Muslim, 1824). Bu səhih hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Adiyə əvvəlki oruclarının batil olduğunu demədi və ona həmin orucları qəza etməsini buyurmadı. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: