Evlənmək istədiyin qızı başıaçıq görmək olarmı?

    20.04.2020
Kimdən: 
N.Q
Sual: 
salam, Xamneyi ağa müqellidiyəm sualim budur ki qızı evleneceyi adam basiaciq gore biler? Aralarinda kebn yoxdu amma evlilik niyyeti ile9 aydir ki munasibetleri var, xanim hicablidir,ikiside dindardir
Cavab: 

Aleykum salam. Evlənmək niyyətində olan kişi şahidlərin iştirakı ilə qadına hicabsız baxa bilər. Lakin bu, könüllü olduğuna görə qadın bunu etməkdən imtina edə bilər. Bu məsələdə kişinin evlənmək niyyətinin ciddi olmasına diqqət yetirmək lazımdır. Əgər kişi hələ götür-qoy edirsə, bu halda qadın başını aça bilməz. Muğirə ibn Şöbə (Allah ondan razı olsun) demişdir ki: "Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldim və ona bir qadınla evlənmək istədiyimi çatdırdım. O (salləllahu aleyhi və səlləm) isə belə dedi: "Get ona bax. Çünki bu sizin bir-birinizə daha çox bağlanmanız üçün əlverişlidir". (əd-Dəraqutni, 3/252; İbn Macəh, 1/574). Həmçinin oxuyun:
Qıza hər dəfə elçi gəldikdə onların yanında hicabını aça bilərmi?
Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: