Qeybət etdiyimə görə halallıq almalıyammı?

    23.04.2020
Sual: 
Salam.Men qiybetin haqqa girmek olduğunu bilmeden bir çox insanın qiybetini etmişem ve indi çox peşmanam.Sözsüz ki bütün günahlarıma göre tövbe edecem. Ama bir şeyi bilmek isteyirdim ki qiybetini etdiyim insana gedib men senin qiybetini etmişem buna görede senden halallığ isteyirem demeliyem?Yoxsa haqqında ne danışmışamsa hamısın ona danışıb sonra halallıq istemeliyem?Çünki bezi şeyler var ki bunun hemin insana demekle onu incitmiş olaram.Ya da elesi var ki onun haqqında ne dediyimi unutmuşam onda ne demeliyem?Men bütün günahlarıma göre indi tövbe edecem saxlamaq istemirem.Ama qiybetini etdiyim insanların bir çoxundan halallığ alandan sonra birde tövbe etmeliyem o günaha göre?indiden sağolun
Cavab: 

Aleykum salam. İslam alimləri bildirmişlər ki, əgər haqqında qeybət etdiyiniz insan bundan xəbəri yoxdursa, bu haqda ona demək düzgün sayılmır. Çünki bu barədə ona demək daha böyük fəsada səbəb ola bilər. Belə ki, onun qəlbi qırıla bilər, sizə qarşı kin-küdurəti arta bilər və s. Bu halda qeybət edən şəxs Allaha tövbə etməklə yanaşı qeybətini etdiyi insan üçün Allaha xeyir-dualar etməlidir. Digər insanların yanında həmin şəxsin müsbət cəhətlərini xatırlamalı, onun haqqında xoş danışmalıdır. Əgər qeybət etməyiniz həmin insana çatıbsa, bu halda ondan halallıq istəmək lazımdır. Hər bir insana görə ayrıca tövbə etməyə və halallıq aldıqdan sonra yenidən tövbə etməyə ehtiyac yoxdur. Qeybət barədə daha ətraflı məlumat almaq üçün bu cavabları oxuyun:

 

Paylaş: