Atam bizi atmışdır, onu görəndə necə davranmalıyam?
Əssələmu aleykum. İslamda Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) haqqından sonra ən böyük haqq valideyn haqqı hesab olunur. Çünki valideynlər övladın dünyaya gəlməsinə səbəb olmuşlar. Atanız sizə qarşı haqsızlıq etmiş olsa belə, sizin üzərinizə düşən onunla gözəl rəftar etməkdir. Bu səbəbdən onu görəndə ona qarşı sərt davranmayın. Ola bilsin atanızın sizdən uzaqlaşmasına üzürlü səbəbləri olmuşdur, lakin siz bunu hələ bilmirsiniz. Hətta səhv etmiş olsa belə, siz ona fürsət verməlisiniz. Ümid edirik ki, görüşdükdən sonra o, səhvini başa düşüb əvvəl göstərə bilmədiyi qayğını bundan sonra sizə göstərəcək.
Həmçinin, bilməlisiniz ki, sizin gələcəkdə ailə qurmağınız üçün atanızın izni və halallığı mütləq olmalıdır. Atanıza qarşı sərt davranıb onun qəlbini qırmaqla onun halallığından məhrum ola bilərsiniz. Həmçinin oxuyun: