Ailəm icazə vermədiyinə görə hicabı açdım, buna görə günah qazanırammı?
Sual:
salam men hicab baglamag isdirem.amma ki ailem qoymadi mende onladan icazesiz bagladim sonrada atam icaze vermedi dediki ac mende acdim men mi gunah qazaniram yoxsa valideynlerim?
Cavab:
Aleykum salam. Həddi-büluğa çatmış hər bir qıza hicab bağlamaq vacibdir və bu vacibi heç kimin sözünə görə tərk etmək olmaz. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradan Allaha) asi olmaqda məxluqa itaət edilməz". (İmam Əhməd, 1095). Bu səbəbdən həddi-büluğa çatmış, lakin hicab bağlamayan qadın bu əməlinə görə günah qazanır. Lakin, bunu ona qadağan edən isə daha böyük günah qazanır. Ailənizə hicabın vacibliyini və gözəlliyini başa salmağa çalışın. Həmçinin, ailənizin hidayət olunması üçün Uca Allaha dua edin. Hicabın vacibliyi barədə ətraflı olaraq bu linkləri oxuyun:
Nə qədər dua etsəmdə, anam hicab bağlamağıma icazə vermir
Valideyn hicaba görə narazıdırsa, nə etməli?
Hicab azadlıqdır!