Ruqyə bədənə təsir edirmi?

    15.05.2020
Kimdən: 
allahin qulu
Sual: 
salam olsun cavablayana namaz qiliram ve ruqiye oyrenmeye calisiram ruqiyenin bedene tesiri varmi?
Cavab: 

Və aleykum salam. Ruqyə dedikdə Quran ayələri və səhih hədislərdə gələn zikr və dualarla edilən müalicə nəzərdə tutulur. Əgər ruqyə edən düzgün əqidə sahibi olar və şəriətə uyğun şəkildə ruqyə edərsə, əlbəttə ki, Allahın izni ilə onun həm ruha, həm də bədənə təsiri olar. Uca Allah buyurur: "Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik". (əl-İsra, 82).
Ruqyə barədə ətraflı məlumat almaq üçün bunları oxuyun:
Quranla müalicə 
Ruqyə (Quranla müalicə) necə oxunur? 

Teqlər: 
Paylaş: