Salam vermədən sual soruşmaq olarmı?

    17.05.2020
Kimdən: 
Mus
Sual: 
As Salamu Aleykum. Müselman müselmana AS Salam Aleykum dememis Söz soruşa ve yaxud danışmaq düzgünmü?
Cavab: 

Aleykum salam. Dinimiz bizə salamı aramızda yaymağı buyurmuşdur və bildirmişdir ki, salamı yaymaq insanlar arasında məhəbbəti artıran səbəblərdəndir. Uca Allah buyurur: "Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın". (ən-Nur, 61). Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demiş­dir: "İman gətir­məyincə Cənnətə girə bilməzsiniz. Biri-birinizi sevmə­yin­cə (tamam-kamal) iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etdikdə biri-birinizi se­vəsiniz?! Aranızda salamı yayın". (Səhih Muslim: 54,81; Sunən ət-Tirmizi, 2612). Bu səbəbdən bir müsəlmanın digərinə salam vermədən onunla danışması İslam əxlaqı baxımından düzgün deyil. Hətta Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bilərəkdən salam vermədən danışan kəsə ibrət olsun deyə onunla danışmamağı buyurmuşdur. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demiş­dir: "Salam sualdan əvvəldir, kim sizə salam verməmiş sual verərsə ona cavab verməyin". ("Səhih əl-Cami" kitabı, 3699). Lakin, əgər salam vermədən danışan salam vermədən danışmağın hökmünü bilmirsə və ya unutmuşsa, bu halda ona cavab verilir və bu əməlin düzgün olmadığı ona izah edilir. Həmçinin oxuyun: Sizə salam olsun!

Paylaş: