Yeni ili qeyd edən şəxs müsəlman sayılırmı?
Sual:
Salam. Size sualim bir insan yeni ili qeyd edirse muselman sayilmir?
Cavab:
Aleykum salam. İslamda iki bayram var. Bu bayramlar Ramazan və Qurban bayramlarıdır. Yanvar ayının birini yeni il bayramı kimi qeyd etmək xristianlara xas olan bir bayramdır. Müsəlmana kafirlərə xas olan bir bayramı qeyd etmək yaraşmaz. Belə edən kəs özünü kafirlərə bənzətmiş sayılır və böyük günah qazanır, lakin bu əməl onu İslamdan çıxarmır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim özünü bir qövmə oxşadarsa, artıq o da onlardandır". (Əbu Davud, 4033). Daha ətraflı: Yeni ili keçirtmək olarmı?