Cadugər şeytanla necə əlaqəyə girir?
Sual:
Salam aleykum..evvela deyim.bele.seylere 1qram bele.olsn inamim.yoxdu sadece cox maraxli geldi siz yazbsizki baxicilar kime baxarsa seytanlar o adamin haqqinda melumat verer bes yaxsi baxicilar seytanlarla nece elaqe yaradir ve dogru xeber verir??
Cavab:
Aleykum salam. Baxıcılar və falçıların şeytanlarla əlaqəyə girməsi həqiqətdir. Bu xüsusda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həqiqətən, mələklər buludların içində yerə doğru enir və göydə verilmiş qərar bərəsində söhbət açırlar. Bu vaxt şeytanlar mələklərə oğrun-oğrun qulaq asırlar, sonra da eşitdikləri adda-budda sözləri, üstəlik özlərindən uydurduqları yüz yalanı da bu doğru xəbərlə yanaşı kahinlərə təlqin edirlər". (Səhih əl-Buxari, 3210). Bunun üçün cadugərlər şeytanların tələbi ilə müəyyən küfr və şirk əməllər edirlər. Cadugər şeytanın tələbi ilə Allaha nə qədər çox küfr edərsə, bu əməli ilə bir o qədər şeytana yaxınlaşmış sayılır. Yalnız bundan sonra şeytan onun istəklərini yerinə yetirir. Bu səbəbdən cadugərlik və baxıcılıq küfr əməl sayılır. Uca Allah buyurur: "Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!" (əl-Bəqərə, 102). Həmçinin oxuyun: