Cinləri çağırıb onlardan nəsə istəmək olarmı?

    23.08.2015
Sual: 
Salam. Quranda cinlərin adı varmı? Məsələn, türk sosial şəbəkələrdən birində "fekacin mahmetin dəvəti"duası adlanan duaya rast gəlmişdim. Bəziləri deyir ki, bu dua çox təsirlidir. Bəziləri də deyir ki cini çağırıb ondan nəsə istəmək Allaha şirk qoşmaqdır.
Cavab: 

Aleykum salam. Quranda hansısa cinin adı çəkilmir, amma ümumən cinlər haqqında məlumat verilir, həmçinin Quranda Cin surəsi də var.
Bilməlisiniz ki, Allahdan başqasına (mələklərə, cinlərə, ölülərə, daşlara və s.) dua etmək əbədi Cəhənnəm əzabına səbəb olan şirkdir. Uca Allah buyurur: "Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı". (əl-Cinn, 6).
"Allahdan başqa heç kəsə dua etməyin! Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar. De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!" De: "Mən sizə nə ziyan verməyə, nə də (sizi) doğru yola yönəltməyə qadirəm!” De: “Həqiqətən, məni Allahdan qeyri heç kim xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!" (əl-Cinn, 18-22).
Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) belə demişdir: "(Sahibini) həlak edən yeddi əməldən çəkinin". (Səhabələr - Allah onlardan razı olsun) soruşdular: "Nədir onlar, ey Allahın Elçisi?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın ha­ram bu­yurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, dö­yüş mey­danından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu, ismətli mö­min qadınları zina­da ittiham etmək". (əl-Buxari, 2766). Həmçinin oxuyun:
Allahdan başqasına dua etmək şirkdir
Şirk nədir?
Sehr nədir?

Teqlər: 
Paylaş: