Qadının atasının izni olmadan nikah bağlamaq doğrudurmu?

    09.06.2020
Kimdən: 
Elçin
Sual: 
Salam. Qadının özünün və anasının razılığı olsa atasının xəbəri olmadan kəbin kəsdirə bilərəmmi?
Cavab: 

Aleykum salam. Kəbinin düzgün sayılması üçün qızın atasının icazəsinin olması mütləqdir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Macəh, 1524). Kəbin bağlamağın şərtləri barədə daha ətraflı oxuyun: Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: