Ölümcül xəstəliyə tutulan insanın tövbəsi qəbul olunurmu?
Aleykum salam. Uca Allah qulunun tövbəsini canı boğazına yetişənədək qəbul edir. Uca Allah bu xüsusda buyurur: "Allah ancaq o kəslərin tövbəsini qəbul edər ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tez bir zamanda tövbə edərlər. Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: "Mən indi tövbə etdim!" - deyənlərlə kafir kimi ölənlərin tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq". (ən-Nisa, 17-18). İbn Kəsir (Allah ona rəhmət etsin) nəql edir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində belə demişdir: "Yəni işlədiyi günahla, ölüm mələyini görəcəyi zaman arasında tövbə edərlər". əl-Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) isə demişdir: "Yəni, can boğaza yetişmədən tövbə edərlər". İkrimə (Allah ona rəhmət etsin) demişdir: "Ayədə "tez bir zaman" dedikdə, dünya həyatı nəzərdə tutulur". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allah qulun tövbəsini canı boğazına yetişməyənə qədər qəbul edər". (İmam Əhməd, 6160; Səhih əl-Cami, 1903). Bu hədislər dəlalət edir ki, yaşamağa ümidi olan kəs Allaha tövbə edərsə, tövbəsi qəbul olunar. Bu səbəbdən Uca Allah: "Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir" - buyurur. Lakin, yaşamaqdan ümidini kəsib ölüm mələyini görən, son nəfəsini verərkən xırıldamağa başlayan, köksü daralan və can boğaza yetişdiyi zaman xırıldamağa başlayan kəsin etdiyi tövbə məqbul deyil. Bu zaman artıq xilas olma vaxtı deyil". (Təfsir İbn Kəsir, 1/475).
Beləliklə, öləcəyini bilsə belə canı bağazına yetişməmiş və ölüm mələyini görməmiş hər kəsin tövbəsi qəbuldur. Tövbənin qəbul olunmasının şərtlərindən biri də budur ki, töbə qəbul olunan vaxtda edilsin. Can boğaza yetişəndə və ya Günəş batdığı yerdən (günbatandan) çıxdıqda edilməsin. Tövbənin qəbul olunmasının şərtləri barədə ətraflı oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?