Ərimin təriqətini qəbul etmişəm, bu doğrudurmu?
Aleykum salam. Allaha ibadət etmək, ona şərik qoşmamaq və onun peyğəmbərinə (salləllahu aleyhi və səlləm) tabe olmaq məsələləri birbaşa Allahın haqqı olduğu üçün bu işlərdə səhv yola yönəldən insanlara (ər, ata, qaynana və s.) tabe olmaq qadağandır. Buna görə də hər bir ailə sahibi dinin əsaslarını öyrənməli və ailə üzvlərinizi də gözəl əxlaqla haqqa dəvət etməlidir, çünki Uca Allah bizə haqqa tabe olmağı və parçalanmamağı əmr etmişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allah sizin üç əməlinizdən razı qalır, üç əməlinizə isə qəzəbi tutur. Sizin yalnız Ona ibadət edib heç nəyi Ona şərik qoşmamağınızdan, hamılıqla Allahın ipindən möhkəm yapışmağınızdan və Allahın sizə nəsib etdiyi ixtiyar sahiblərinizlə səmimi davranmanızdan razı qalır. Dedi-qodu yaymağınıza, çox sual verməyinizə və malı israf etməyinizə isə qəzəbi tutur". (Səhih Muslim, 3236, 4578). Həmçinin, demişdir: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəmdə, biri isə cənnətdədir". Səhabələr: "Onlar kimdir?" deyə soruşduqda, o: "Onlar mənim və mənim əshabələrimin yoluna tabe olanlardır". (İmam Əhməd, 4/102; Əbu Davud, 2/503; ət-Tirmizi, 3/367; İbn Macəh, 2/479). Daha ətraflı:
Sünni və şiə nədir və bunlardan hansı doğrudur?
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?