Quranın Azərbaycancaya mənaca tərcüməsində mötərizədə yazılanlar nədir?
Sual:
Salam. Quranda mötərizədə yazılanlar nədir? Allah kəlamı yoxsa təfsir?
Cavab:
Aleykum salam. Quranın Azərbaycan dilinə mənaca tərcüməsində mötərizədə yazılanlar Quranın təfsirdir. Yəni, açıqlamasıdır. Çünki, bəzən Quranı hərfi mənada tərcümə etmək mümkün olmur və müəyyən izaha ehtiyac olur. Bu izahlar da mötərizədə verilir.