Namazı öyrətməyin savabı nə qədərdir?

    12.04.2014
Sual: 
Salam aleykum. Men ozum namaz qiliram ve neneme de oyredirem. Namaz qilmagi oyredende onun ne qeder savabı olur. Menim nenem namaz qilmagi istesede, istemese de inşallah men ona oyredecem. Amma siz menim sualima cavab yazdiqdan sonra. Allah sizden razı olsun. Allah komeyiniz olsun. Sag olun.
Cavab: 

Aleykum salam. Namazı və başqa ibadətləri öyrətməyin çox böyük savabı vardır. Savabın nə qədər olmasına gəlincə, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bu haqda buyurmuşdur: "Xeyirin yolunu göstərən ona əməl edən şəxs kimi savab qazanır". (Muslim, 1893). Həmçinin Uca Allah buyurmuşdur: "Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun) (savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər...". (ən-Nisə, 85).

Teqlər: 
Paylaş: