Nişanlı ikən görüşənlər evlənərlərsə, günahları bağışlanarmı?
Sual:
Salam aleykum. Allahin nezeri daima uzerinize olsun inseallah. Nisanliyken gorus falan gunah oldugunu bilirem. Amma inseallah gelecekde evlenirlerse iki genc evlendikden sonra etdikleri gunahi ResulAllah efv edermi ?
Cavab:
Və aleykum Salam. Dinimiz aralarında nikah bağı olmayan naməhrəm cütlüklərin görüşmələrini qadağan etmişdir. Bunun məqsədi isə həm qızı, həm də oğlanı haramdan qorumaqdır. Bu səbəbdən əgər nişanlı cütlük aralarındakı bağlılığn daimi olduğunu düşünürlərsə, yaxşı olar ki nikah bağlasınlar və sonra görüşsünlər. Yox əgər sonda evlənəcəklərinə əmin deyillərsə, hər iki tərəf qarşı tərəflə maraqlanırsa, bu halda nikah bağlanmadan görüşməsinlər. Həmçinin, dinimizdə nişanlı ikən edilən günahların evləndikdən sonra bağışlanacağı ilə bağlı hər hansı məlumat yoxdur. Daha ətraflı:
Nişanlı oğlanla qız dini mövzularda və gələcək evliliklə bağlı telefonda yazışa bilərlərmi?
Nişanlı oğlanla qız dini mövzularda və gələcək evliliklə bağlı telefonda yazışa bilərlərmi?
Həmçinin bildirmək istəyirik ki, sualda işlətdiyiniz "günahı Rəsulallah əvf edərmi" ifadəsini demək günahdır. Ola bilsin siz bu sözün mənasını bilmədən Allahı nəzərdə tutmusunuz. "Rəsulallah" sözünün mənası "Allahın Elçisi" deməkdir. Günahları bağışlayan Uca Allahdır. Allahdan başqası günahları bağışlamağa qadir deyil. Uca Allah buyurur: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri pis işlərdə bilə-bilə israr etməzlər". (Ali-İmran, 135). Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?