İslam Universitetində təhsil almaq istəyən şəxs günahsız olmalıdır?
Sual:
Salam aleykum. Evvela chox gozel saytiniz var. Men İslam Universitetine getmek arzusundayam. Amma gunahlarim choxdur. İchlerinde iyrenc gunahlar da var ve men tovbe etmishem ki, bir de o iyrenc emelleri etmeyecem. Siz mene deye bilersinizmi ki, men gede bilerem o universitete yoxsa yox? Xahiş edirem cavab verin. Allah menim gunahlarimi bagishlarmi? Chox-chox xahiş edirem cavab verin. Allah butun muselmanlardan razi olsun. Amin!
Cavab:
Aleykum aleykum. Hər bir müsəlman bacardığı qədər günahlardan uzaq durmağa çalışmalıdır, xüsusilə də dini elmləri öyrənən və başqalarına öyrədən insanlar. Lakin bilmək lazımdır ki, istər alim, istərsə də adi müsəlman olsun heç bir qul xətasız olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Hər bir Adəm övladı xəta (günah, səhv) edəndir. Onların ən xeyirliləri isə tövbə edənləridir". (İbn Əbi Şeybə, 13/187; İmam Əhməd, 3/198; ət-Tirmizi, 2499; İbn Məcəh, 4251; əl-Hakim, 4/272; əl-Beyhaqi "Şuabul-İman", 5/420; əd-Darimi, 2/392; Əbu Ya'lə, 5/301; Abd ibn Humeyd, 1/360).