Nişanlım mənə yalan danışır, nə edim?

    16.03.2021
Sual: 
Salam Aleykum Nişanlıyam ve nişanlı olduğum xanım mene birçox defe yalan danışıb 18 yaşı var sizce ne etmeliyem
Cavab: 
Və aleykum Salam. Nişanlınız hələ gənc olduğu üçün, ola bilsin ki, yalan danışmağın böyük günah olduğunu və Allahı qəzəbləndirdiyini bilmir. Ona bu barədə Allahın və peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmrlərini səbrlə və gözəl şəkildə izah etməyə çalışın. Peyğəm­bər (salləllahu aleyhi və səlləm) üç dəfə: "Sizə günahların ən böyük­ləri barədə xəbər verimmi?" - deyə soruşdu. Səhabələr: "Bəli, ya Rə­sulallah!" - deyə cavab verdilər. Peyğəm­bər: "Allaha şə­rik qoşmaq, valideyn­lərin üzünə ağ olmaqdır, – deyib söy­kəndiyi yerdən qalxıb oturdu, və yalan söz danışmaqdır" - dedi. (Sünən ət-Tirmizi). Daha ətraflı:
Yalan danışmaqdan çəkinin!
Həyat yoldaşın yalan danışması ailədə dava-dalaşa səbəb olur
Bir insanı günahdan necə çəkindirmək olar?
Paylaş: