Zinakar kişi və ya qadın tövbə edərsə, onunla ailə qurmaq olarmı?

    12.04.2014
Sual: 
Salam aleykum. Eger zinakar qadin ve yaxud zinakar kishi tovbe edibse onunla evlenmeye sherietde icaze verilir. Allah bizi zinakar insanlardan ve ona aparan yollardan qorusun. Amin!
Cavab: 
Aleykum salam. Allahın tövbə qapıları hər kəsin üzünə açıqdır. Əgər zina edən kişi və ya qadın günahından səmimi qəlbdən peşman olarsa və Uca Allaha tövbə edib Onun yoluna qayıdarsa, onunla evlənməyə icazə verilir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin". (ət Təhrim, 8).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etmə­yən kimidir". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 10128).
Paylaş: