Anam uşaq ikən məni atıb, indi onunla danışmamağa görə günah qazanırammı?

    03.08.2020
Sual: 
Salam.biz 3 usagiq.Menim anam menim 8 yasim olarken atamla evli ola ola bizi ve atami atib basqa subay bir oglanla qacib.indi 21 yasim var.Bize Nenem ve babam(anamin anasi ve atasi)baxib boyudub.evlendirib tehsil veribler..Anami ise bizi atib basqasi ile qacdigi ucun ovladligdan silibler...bizi eziyyet cekib boyuden nenem ve babamdi.(anamin anasi ve atasi)Bize anamla danisib gorusmeyimize de icaze vermirıer.anamda bizi axtarmir..Bize anamla danismamagimiza ve yaxud gorusmemeyimize gore gunah yazilirmi?
Cavab: 

Aleykum salam. Uca Allah anaları elə yaradıb ki, övlad məhəbbəti heç vaxt onların qəlbindən çıxmır. Düzdür, o sizi atmaqla böyük bir səhvə yol vermişdir, lakin bu analıq haqqını sizin üzərinizdən götürmüş olmur. Unutmayın ki, o sizin dünyaya gəlməyinizə vasitə olmuşdur, özü get-gedə zəifləməsinə baxmayaraq sizi doqquz ay qarnında daşımışdır və əziyyətlə dünyaya gətirmişdir. Bu səbəbdən Uca Allah bir çox ayələrdə valideynlərə yaxşılıq etməyi buyurmuşdur: "Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm". (Loğman, 15). 
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Rəbbin razılığı valideynin razılığındadır, qəzəbi də valideynin qəzəbindədir". (ət-Tirmizi; İbn Hibban; əl-Hakim). 
Buna görə də sizə ağır gəlsə belə ananızla əlaqə saxlamağı və onunla münasibətlərinizi düzəltməyi tövsiyə edirik. Çünki ana-ataya yaxşılıq etmək Cənnəti qazanmaq üçün ən əsas səbəblərdən biridir. Daha ətraflı oxuyun:
Ata-ananı incitməyin günahı barədə
Allaha asi olan və övladına zülm edən valideynə münasibət necə olmalıdır?

Paylaş: