Allahın əl-Ğaffər adının mənası

    24.02.2020

Uca Allah Qurani-Kərimdə buyurur: “O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir! O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır (Ğaffərdir)”. (Sad, 66); “Dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki, O,  çox bağışlayandır! (Ğaffərdir)”. (Nuh, 10).

Hər bir insan Allahın əfvinə və bağışlamasına möhtacdır. Allahın bağışlaması və əfvi səbəblərdən tutanlara vəd edilib. “Həqiqətən, Mən tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!” (Taha, 82).
Saleh əməl edib düz yol tutmaq bağışlanmağa, əfvə səbəb olur.
əl-Ğaffər - bu dünyada gözəl işləri izhar edib pis işləri gizlədəndir. Günahın çoxluğuna baxmayaraq, O həmin günahı örtüb gizlədəndir.

Paylaş: