Evli kişi ilə evli qadın bir-birilərini sevə bilərlərmi?

    26.08.2020
Sual: 
Kiwi evli qadin evli bawqasni sevrlerse gorwulerse gunah saylir
Cavab: 

Salam aleykum. Evli kişinin başqa bir evli qadını sevməsi və ya onunla görüşməsi hər ikisi üçün günahdır və bu əməl zina sayılır. Uca Allah evli qadınlarla münasibət qurmağın haram olduğunu bildirərək buyurur: "Evli qadın­ları al­maq da sizə haram edildi". (ən-Nisa, 24). Zina etmək böyük günahlardan sayılır. Lakin evli insanların zina etməsi daha böyük günahdır. Çünki evli kişi və ya qadın həmçinin öz ailələrinə xəyanət edərək onların haqqını pozurlar. Xüsusilə də qadınlar öz ərlərinin nəslini qorumaqda məsuliyyət daşıdıqları üçün bu məsələdə daha böyük günah qazanırlar. Çünki qadın ərinin namusunu və nəslini qorumaq məsuliyyəti daşıyır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qadınların ən xeyirlisi, ona nəzər saldıqda sevinərsən, ona bir şey buyurduqda itaət edər, yanında olmadıqda isə sənin namusunu və malını qoruyar" (ət-Tabəri, 9328, 9380; əl-Hakim, 2682). Həmçinin oxuyun:
Zina və ondan necə qorunmaq haqqında
Zina etmiş insan necə tövbə edə bilər?
Evli kişi, evli qadınla kəbin kəsdirə bilərmi?

Paylaş: