Lotoreya oyunlarını oynamaq günahdırmı?
Aleykum salam.
1) Lotoreya oyunları haramdır. Bu oyunlar qumardan sayıldığı üçün onlardan uzaq durmaq lazımdır. Çünki Allah Təala qumarı haram etmişdir. Əgər hər hansı bir oyuna azda olsa müəyyən bir vəsait qoyulursa və bundan uduş əldə edilirsə, bu oyunların hamısı qumar hesab olunur.
2) Uca Allah buyurur: "Allah müşriklərin bəhirə, saibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamır" (əl-Maidə, 103).
Bu ayədə qeyd edilən adlar Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) vaxtında olan muşriklərin batil inanclarından biri idi. Onlar özlərindən bir şey uydurub ona uyğun nəsə iş görərdilər. Məsələn: Bəhirə - dəvədir. Muşriklər nəsə bir hadisə olanda bu dəvənin qulaqlarını kəsər və Ona minməzdilər. Bu da onların (muşriklərin) adətlərinə görə müxtəlif olurdu. Yəni bu onların batil inancları idi.
Saibə - dəvədir. Lakin bunun mənası başqa idi. Məsələn: Ərəb muşrikləri belə bir söz deyirdi: "Səfərdən qayıtsam və ya xəstəlikdən sağalsam dəvəmi azad edəcəyəm".
Vəsilə - qoyunla bağlı olan şey idi. Məsələn: Müşriklərdə dişi qoyun doğulanda özlərinə aid edirdilər, erkək doğulanda ilahlarına aid edirdilər. Dişi qoyunun südünü qadınlara vermirdilər.
Ham - dişi dəvə ilə bağlı olan məsələ idi. Onlar öz adətlərinə uyğun hərəkət edərək onun üzərində heç nə daşımırdılar və ona minmirdilər. Xülasə, bunlar muşriklərin adətləri ilə bağlı məsələ idi. Allah təala bu batil qanunları onlara qanun etməmişdir. Onlar bu uydurma, batil inancları özlərindən çıxartmış və Allaha yaxınlaşmaq üçün bir iş bilmişdilər.