Başıma gələn müsibətlərdən yorulmuşam, nə edim?

    31.08.2020
Kimdən: 
Dul qadin
Sual: 
Salam. Men heyatda cox eziyyet cekdim, yuksek balla ali mektebe daxil oldum amma universiteti qirmizi diplomla bitirib hec bir behrini gordum. Aile qurdum, az bir muddetden sonra dul qaldim 1 usaqla. Ne qeder gece-gunduz calishiram, namaz qiliram oruc tuturam heyatimda yaxshiliga gore hec ne deyishmir. Ne edim, sebr edirem amma herden yoruluram, yuxularim ershe cekilir. Cadu, nezer belke olar evde dualar seslendirirem, amma hec bir komek etmir. Ne edeceyimi bilmirem, bezen yashamaqdan yoruluram, amma ovladima gore yashamaliyam. Gece-gunduz Allaha yalvariram ki meni az imtahan etsin. Bilmirem ne edim?
Cavab: 

Aleykum salam. Başınıza gələn müsibətlərə görə Allah qatında böyük mükafat qazanırsınız. Uca Allah bir qulunu sevdiyində onu imtahan edər. Bu səbəbdən ən böyük müsibətlər peyğəmbərlər və onların yolunu gedənlərə üz vermişdir. Siz bu sınaqlara səbr etməklə yanaşı dualarınızda israrlı olun, sözsüz ki, hər çətinlikdən sonra bir asanlıq gələr. Allaha dua edirik ki, sizin işlərinizi asanlaşdırsın və sizə xeyirli ailə nəsib etsin. Daha ətraflı:
Səbir edənlərə müjdə ver!
Dualarım qəbul olmur deyə ümidim kəsilib, yaşamaqdan bezmişəm 
İşlərimin düz gətirmir və ailəmizə cadu olunduğunu deyirlər, nə edə bilərəm?

Teqlər: 
Paylaş: