İşlərimin düz gətirmir və ailəmizə cadu olunduğunu deyirlər, nə edə bilərəm?
Aleykum salam. İnsanın həyatda məruz qaldığı uğursuzluqların səbəbi heç də həmişə cadu və ya əməl olmur. İnsan başına gələn uğursuzluqların səbəbini ilk növbədə özündə axtarmalıdır. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır". (əş-Şura, 30). İnsanın başına gələn bəla və müsibətlər bəzən onun günahlarının cəzası, bəzən də Allah tərəfindən imtahan ola bilər. Bu imtahanların hikməti insanın Allaha qayıtması və günahlarından tövbə etməsidir. Bəzi insanlar cahillikləri üzündən işləri düz gətirmədikdə baxıcıya və ya cadugərə müraciət edirlər və baxıcı da adəti üzrə ona müraciət edən insana əməl olunduğunu və ya evlərində cadu olduğunu deyir. Beləliklə, həmin insanı daha da təlaşa salır. Halbuki, baxıcının yanına getmək və ondan soruşmaq böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399). Daha ətraflı:
Çətinliyə düşəndə mollanın yanına gedib dua yazdırmaq olarmı?
Quranla fala baxmaq olarmı və cadu deyilən şey varmı?
Falçılar necə olur ki, doğru xəbər verirlər?
Hər bir halda yeganə çıxış yolu Uca Allaha dönmək, Ona təvəkkül etmək və Ona dua etməkdir. Uca Allah buyurur: "Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu göstərər, və ona gözləmədiyi və təsəvvür etmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü hədd, müddət təyin etmişdir". (ət-Talaq, 2-3). Həmçinin oxuyun:
Allah insanları hansı şəkildə imtahan edir?
Həyatda problemlərlə üzləşən nə etməlidir?
Cadudan qorunmaq üçün nə etmək lazımdır?