Rəcəb ayında neçə gün oruc tutmaq olar?

    26.08.2020
Kimdən: 
nurane
Sual: 
Salami aleykum Receb ayinda neçe gun oruc tutmaq olar?
Cavab: 

Və aleykum Salam. Rəcəb ayı Uca Allahın haram etdiyi 12 aydan biridir. Uca Allah buyurur: "Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin". (ət-Tövbə, 36). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İl 12 aydan ibarətdir, onlardan 4-ü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir: Zil-Qa'də, Zil-Hiccə və Məhərrəm. Rəcəb ayı isə Cumadə və Şaban ayının ortasında gəlir". (Səhih əl-Buxari, 2958). Bu ayların "Haram" adlanmasının səbəbi budur ki, bu ayların Allah qatında böyük hörməti var və bu aylarda günah etmək haramdır. Əslində bütün aylarda günah etmək haramdır. Lakin, bu aylarda günah etmək digər aylarda günah etməkdən daha böyükdür. Həmçinin, bu aylarda edilən saleh əməllərin savabı da qat-qat artırılır. Daha ətraflı: "Haram aylarda özünüzə zülm etməyin" ayəsi barədə

Rəcəb ayında oruc tutmağa gəlincə, bu ayda xüsusi olaraq oruc tutmağın fəziləti barədə bir dəlil yoxdur. Lakin, Rəcəb ayı haram ayı olduğu üçün bu ayda ibadətləri çoxaltmaq bəyənilir. Əvvəl qeyd etdiyimiz kimi bu ayda edilən saleh əməllər digər aylarda edilən saleh əməllərdən daha çox savabdır. Odur ki, bu ayda nafilə orucları çoxaltmaq yaxşıdır. Daha ətraflı:
Peyğəmbərin orucu 
Nafilə ibadət nə deməkdir?

Teqlər: 
Paylaş: