"Beş vaxt namaz qılmayanı Allah istəsə bağışlar, istəsə əzab verər" hədisi doğrudurmu?
Sual:
Hədis qoymusuz bura,hədisdə deyilirki kim 5vaxt namaz qılarsa Allah onu cənnətə qoyar,kimdə namazı (qılmazsa) istəsə əzab istəsə bağışlayar.hədisi yalnış yazmısız,ya bilmədən etmisiz yada qəsdən yazb insanları aldadırsız,hədisin əsli belədir kim 5vaxt qılarsa cənnətə,kimdə namazları qorumazsa,yəni vaxtı vaxtında qılmazsa,Rəsulun adından yalan danışmaqdı bu,kim mənim adımdan mənim demədiyimi deyərsə odda yerin hazırlasın Sallahu aleyhi vəssəlləm
Cavab:
Salam aleykum. Sualda qeyd etdiyiniz hədis həm siz qeyd etdiyiniz şəkildə, həm də bu mətnlə rəvayət edilir: Əbu Davud (425) və İmam Əhməd (22196) Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim gözəl şəkildə dəstəmaz alıb bu namazları vaxtında, rükusunu tam yerinə yetirərək xuşu ilə qılarsa, bağışlanacağı haqqında Allah yanında əhdi olar. Kim də bu namazları qılmazsa, Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə də onu bağışlayar". Şeyx Albani hədisin səhih olduğunu bildirmişdir. Həmçinin oxuyun: Namaz qılmayana kafir demək olarmı?