Naməhrəmi öpmək günahdırmı?

    10.09.2020
Sual: 
Salam məm 15 yaşında ikən nişanlandım kəbin kəsdilər amma yoldaşımla əlaqdə olmadı, bir müddət sonra başqasın istədim və o insan məni öpdü,amma heç bir yerimə toxunmadı, indi çox peşmanam hər gün tövbə və dua eliyirəm. Bilmədən etmişəm. Bu bağışlana bilən günahdır
Cavab: 
Aleykum salam. Etdiyiniz əməl günah sayılır və bu əməldən tövbə etməlisiniz. Etdiyiniz günaha görə peşmançılıq çəkmək tövbənin səmimiliyinə dəlalət edir. Uca Allah səmimi qəlbdən edilən tövbəni qəbul etdiyini bildirir. Uca Allah buyurur: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153). Tövbə barədə oxuyun:
 
Əlavə olaraq yaxşı əməlləri, ibadətləri artırın. Həqiqətən, yaxşı əməllər günahları yuyur. Uca Allah buyurur: "Gündüzün iki başında – əv­və­lində və axırında və ge­cə­nin bə­zi saat­la­rında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır. Bu, yada sa­lan­lar üçün bir xatırlatmadır". (Hud, 114). Həmçinin oxuyun:
Paylaş: