Cinsi əlaqə olmadan toxunmaq və öpmək zina sayılırmı?
Sual:
Salam alekum. Allah cekdiyiniz ezyetlerin behresin versin. Sualim beledi: zina dedikde sirf cinsi elaqe nezerde tutulur ?? yeni cinsi elaqeye girmeden bir yerde lut olub sevismekde zina sayilir ??
Cavab:
Və aleykum Salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar". (İmam Əhməd, 1/412). Zina aralarında nikah olmayan kişi ilə qadının cinsi əlaqədə olmasıdır. Zina həlakedici günahlardandır, qeyd etdiyiniz əməl isə öz-özlüyündə günah olmaqla yanaşı zinaya aparan yoldur. Uca Allah zina ilə yanaşı ona aparan yolları da qadağan edərək buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32). Bu ayədə "yaxınlaşmaq" deyildikdə, zinaya aparan digər günahlar -- naməhrəmlə zərurət olmadan danışmaq, baxmaq, təklikdə qalmaq, toxunmaq və s. nəzərdə tutulur. Uca Allah buyurur: "Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar...". (ən-Nur, 30-31). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir". (ət-Tabərani, 20/212; "Sahih əl-Cami", 4921). Ona görə də, tövbə edərək zinaya aparan bütün yollardan çəkinmək lazımdır. Daha ətraflı: