Oğlan anasının yanında alt paltarı ilə gəzə bilərmi?
Sual:
Oğul ananın yanında alt paltarında hərlənməsi haqqında bilmek isdəyirdim.
Cavab:
Salam aleykum. Ümumiyyətlə kişinin zövcəsi (həyat yoldaşı) istisna olmaqla digər insanlardan örtməsi vacib olan övrət yeri dizlə göbək arasında olan hissədir. Kişinin bu hissəni hətta anası olsa belə açması düzgün deyil. Əgər alt paltarı dizinə qədərdirsə, bu halda anasının yanında gəzməsində qəbahət yoxdur. Yox əgər alt paltarı dizindən yuxarıdırsa, belə halda anasının yanında gəzməsi düzgün deyil. Bəhz ibn Həkimin babası Muavyə ibn Heydə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə mən Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedim: "Ey Allahın elçisi! Biz ayıb yerlərimizi kimlərdən gizlətməliyik?" Peyğəmbər (Allahın ona və ailəsinənsalavatı və salamı olsun) dedi: "Sən onu həyat yoldaşın və sahib olduğun cariyə istisna olmaqla hamıdan gizlətməlisən". Mən dedim: "İki kişi bir yerdə olsa necə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Çalış ki, ayıb yerlərini görməsinlər". Mən dedim: "Bəs xəlvətdə olsa necə (lüt soyuna bilərmi)?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Allahdan utanmaq daha vacibdir!" (ət-Tirmizi, 2222). Hədis dəlalət edir ki, hətta təklikdə olsa belə, ehtiyac olmadan lüt soyunmaq bəyənilmir. Həmçinin oxuyun: