Ərimin mənə xəyanət etməməsi üçün dua varmı?

    22.10.2020
Kimdən: 
Nergiz
Sual: 
Salam nece defe yazmisam menim sualim cavablanmir XAish edrem cavablandirasiz Yoldasim meni sevir hörmet edir amma yenede xeyanet edir basqa qadinlarla yaxinliq edir ne esim sizce bu zinanin duasi varmidir
Cavab: 

Və aleykum Salam. Sözsüz ki, kişinin xanımına, eynilə qadının da ərinə xəyanət etməsi böyük günahdır. Şəriətə görə bunun həm dünyada, həm də axirətdə cəzası çox şiddətlidir. Amma siz ailənizi qorumalı, təmkinli olmalı və şeytana uymamalısınız. Həmçinin, ərinizə bunun böyük günah olduğunu gözəl əxlaqla izah etməli, onu Allahdan qorxmağa və günahdan çəkinməyə çağırmalısınız. Qeyd etdiyiniz məsələ üçün şəriətdə xüsusi bir dua olmasa da, siz ümumən öz sözlərinizlə ərinizin bu əməldən çəkinməsi üçün Allaha çoxlu dua etməli, namazlarda, həmçinin gecə namazlarında Ondan kömək istəməlisiniz. Həmçinin oxuyun:
Ərimin zina etməməsi və onu itirməməyim üçün dua varmı?
Zina və ondan necə qorunmaq haqqında 
Ailəmizin xoşbəxt olması üçün nə edim?

Paylaş: