Dua edərkən geyimdə olmaq vacibdirmi?
Və aleykum Salam.
1. Namazdan fərqli olaraq dua edərkən (namazdakı kimi) geyimdə olmaq şərt olmasa da, dua edənin geyimdə, dəstəmazlı olması, qibləyə yönəlməsi duanın ədəblərindəndir, çünki dua edən Rəbbinin qarşısındadır və Ona səslənir. Daha ətraflı:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
2. Dua edərkən Uca Allahın ad və sifətlərini vəsilə tutmaq duanın qəbul olunmasına səbəblərdəndir. Uca Allah buyurur: "Ən gözəl adlar (əsməul husnə) Allahındır. Onu bu adlarla çağırıb dua edin" (əl-Əraf, 180). Uca Allahın "əl-Vədud" adının mənası "qullarını Sevən, həm də Sevilən" deməkdir. Allahın "əl-Mucib" adının mənası "duaları qəbul edən" deməkdir. Uca Allahın "əl-Mucib" adı "əl-Qarib" (bəndələrinə yaxın olan) adı ilə yanaşı zikr edilir. Dua edərkən Allahı bu adlarla çağırmaq duanın qəbul olmasına vəsilədir.
Həmçinin Allahdan bir şey istədikdə "Allahım!", "Ey Rəbbim" deyə Allaha üz tutub istədiyinizi diləyə bilərsiniz. Habelə, namazın səcdəsində çoxlu dua edə bilərsiniz. Həmçinin, dua etdikdə ilk növbədə Uca Allaha həmd etmək, Onu adları ilə çağırmaq, Peyğəmbərə salavat gətirmək və Allahın nemətlərini etiraf etmək yaxşıdır. Hətta bəzi alimlər dua edərkən Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) salavat gətirməyi duanın qəbul olunmasının açarı adlandırmışlar. Həmçinin oxuyun: