Sahur yeməyinə yatıb qalan orucunu davam etdirə bilərmi?
Sual:
Salam. Artıq neçe gündür ki oruc tuturam şükürler olsun. Amma tekce bu gün yatıb qalmışam sahura dura bilmemisem. Bildiyim qederi ile niyyet edib günortaya kimi tuta bilerem. Size sualım o olacaq ki günortaya kimi tutub sonra axşam yeniden eyni qayda ile tuta bilerem? Yoxsa artıq tuta bilmerem?
Cavab:
Və aleykum Salam. Oruc tutanın sahur etməsi müstəhəbdir. Sahur yeməyini yemədən də orucu davam etdirmək olar. Ramazan ayında hər oruc günü üçün ayrıca niyyət etmək lazım deyil. Ramazan ayı girdikdə bir ay boyunca oruc tutmaq niyyətiniz olubsa, artıq hər sahurda bu niyyəti təzələyərək hər gün üçün sahurda ayrıca niyyət etməyə ehtiyac yoxdur. Günortaya qədər oruc tutub sonra yemək yeyib yenidən iftara qədər orucu davam etdirmək doğru deyil. Çünki, sahura durmaq vacib yox, təkid olunmuş sünnədir. Belə hallarda əslində heç nə yeyib-içmədən Ramazan orucunu iftara qədər davam etdirmək lazımdır. Həmçinin oxuyun:
Sahur etmədən oruc tutmaq olarmı?
İmsak (sahur) vaxtında durmaq vacibdirmi?
Ramazan ayının orucu