Əbu Bəkrin Fatiməyə aid mirası ona verməməsi doğrudurmu?
Sual:
Salamu aleykum.Sizdən xaiş edirəm sualıma cavab verəsiniz.Buxaridə:Hz.Ebu Bəkr fədəyi,Hz Fatimə r.a anamıza vermədi yəni peyğəmbərimizin s.a.v-in sünnəsinə əməl etdi.Amma Buxaridə bir məqamda var ki,Hz.Fatimə anamız Ebu Bəkr r.a-dan o hadisədən sonra küsdü və ömrünün axrına qədər danışdırmadı.Bu hədis nə dərəcədə düzgündür? Yani ki Fatimə r.a anamız bir çox hədislərdə var ki inciyib,amna ömrünün sonuna qədər Hz.Ebu Bəkr r.a-la danışmayıb belə bir şey olambilərmi?Xaiş edirəm ətraflı izaha ehtiyyacım var.Verdiyiniz cavablarda Hədislərin rəqəminidə verəsiniz.Allah elminizə bərəkət versin.
Cavab:
Və aleykum Salam. Deyirlər ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vəfat edəndən sonra Fatimə, Əbu Bəkrin (Allah onların hər ikisindən də razı olsun) yanına gəlib atasından qalan mirasını tələb edəndə, Əbu Bəkr ona Peyğəmbərin "Biz Peyğəmbərlər miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir" hədisini xatırladaraq ona miras düşmədiyini bildirdi. Onlar, Fatimənin tələb etdiyi Fədək bağlarının mirası barədə ixtilaf etmişlər. Fatimə hesab edirdi ki, Fədək bağları Peyğəmbərdən Fatiməyə miras qalmışdı. Bəziləri isə deyirlər ki, Fədək bağları Xeybər günü Peyğəmbərdən Fatiməyə hədiyyə edilmişdi. Fədəyin Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) miras qalması haqqında deyilən birinci rəvayət əl-Buxari, Muslim və digər alimlərin kitablarında rəvayət olunmuşdur. Rəvayətdə deyilir ki, Peyğəmbərin vəfatından sonra Fatimə Əbu Bəkr əs-Siddiqin yanına gəlib Peyğəmbərdən ona qalan Fədək mirasını, Xeybər və digər yerlərdə qalan miras payını istəyir. Əbu Bəkr əs-Siddiq isə dedi: "Mən, Peyğəmbərin belə dediyini eşitmişəm: "Biz peyğəmbərlər, miras qoymuruq, bizim özümüzdən sonra qoyub getdiklərimizin hamısı Allah yolunda sədəqədir". Buna bənzər üç rəvayət nəql olunur. (Birinci rəvayət; Səhih Muslim: Kitabul-Cihad vəs Seyr, Bab, Hukmul-Fey, 1757. İkinci rəvayət; Səhih əl-Buxari, Kitabu Fardul Xums, Bab, Fardul-Xums, 3093. Səhih Muslim, Kitabul Cihad vəs-Seyr, 1759. Üçüncü rəvayət; Səhih əl-Buxari, Kitabul Mənaqib, Bab, Mənaqib Qərabəti Rəsulullah (salləllahu aleyhi və səlləm) 3712. Səhih Muslim, Kitabul-Cihad və Seyr, 1758). Əbu Bəkrin, Fatiməyə dedikləri bu olub.
Bundan sonra Fatimə Əbu Bəkrə qarşı qəzəblənir. Ola bilsin Fatimə, Əbu Bəkrin, Peyğəmbərin sözünü səhv başa düşdüyünü, yaxud da səhv eşitdiyini düşünüb. Fatimə Quranın bu ayəsinin ümumi mənasını dəlil gətirirdi. Ayədə deyilir: "Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (ən-Nisa, 11).
İslam alimləri bu məsələdə Əbu Bəkrin haqlı olduğunu bildirmişlər. Onlar, Fatimə üçün də üzr axtarırlar. Çünki, onların fikrincə Əbu Bəkr Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) çoxsaylı yollarla nəql olunan hədisə əsaslanmışdı. Həmin hədisi, Əbu Bəkr, Ömər, Osman, Əli, Abbas, Abdurrahmən ibn Ovf, Sə'd ibn Əbu Vaqqas və Zubeyr ibn əl-Əvvam rəvayət ediblər. Adı çəkilən rəvayətçilər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir" – dediyini nəql edirlər. Alimlərin fikrinə görə, Əbu Bəkr bu məqamda Fatiməyə qarşı heç bir haqsızlıq etməmişdir. Həmçinin bu cavabları oxuyun:
Ömərin Fatiməni qapının arasında qoyaraq öldürməsi və Fədək bağları məsələsi
Bəzi şəxslər Əbu Bəkr və Ömərə niyə pis münasibət bəsləyirlər?