Məcburən and içdikdən sonra andımı pozduğuma görə günah qazanıram?

    16.04.2014
Sual: 
Salam aleykum. Menim size bir sualim var. Anam meni mecburi bir meseleye gore and ichdirib. Facebook sosial shebekisde girmeyim deye. Birinci dedi ki, girenin atasi-anasi ölsün! Mende anamdan xahiş etdim ki, bed duasini geri götürsün. Dedi ki, onda Allaha and iç mende inanim. Men anama bir az tereddud icherisinde mizildanaraq yox-zad dedim. Özün bilersen dedim. Yaxshi, amma o sozu geri gotur sen! Dedi yaxshi. Amma men orada oz sevdiyimle danishmaq uchun girirdim ve indi de girirem. Allah meni bagishlayarmi? Andimi pozdum deye xahiş edirem cavab verin. Allah sizlerden razi olsun!
Cavab: 
Aleykum salam. Siz andınızı pozduğunuza görə günah daşıyırsınız. Bunun kəffarəsini (əvəzini) verməlisiniz. Andını pozan insan on nəfər kasıb insanı geyindirməli və ya on nəfər ac insanı yedizdirməlidir. Əgər bunları bacarmazsa, üç gün ardıcıl oruc tutmalıdır. Əgər belə etsəniz, inşalalh Allah təala sizi bağışlayar. Uca Allah buyurur: "Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandırar. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 89).
Teqlər: 
Paylaş: