Bilmədən boğaza gedən qan orucu pozurmu?

    31.08.2020
Sual: 
Salam.Oruclu bir xanım eri terefindenndn döyülür ve ağız burnu qan la dolur,ağzında yaralar yaranır.O xanımın orucu pozulurmu ve ağız boşluğunda yaralar olduğu halda oruc tuta bilermi?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dinimiz qadınlarla gözəl davranmağı buyurmuşdur. Bir kişinin öz zövcəsinə zülm etməsi, onu döyməsi böyük günahdır və belə edən kişi Uca Allahın bu ayəsinə qarşı çıxmışdır: "Onlarla (qadınlarla) xoş rəftar edin". (ən-Nisa, 19). Həmçinin oxuyun:
İslam dini qadınlara qarşı edilən zorakılığa necə baxır?
Ərin arvadına zülm etməsi onun üçün imtahan ola bilərmi?

Sualın cavabına gəlincə, əgər oruc tutanın qeyri-ixtiyari boğazından mədəsinə qan gedərsə, bu halda orucu pozulmur. Əgər qan bilə-bilə boğazına gedərsə, yəni qanı ağzından çölə çıxarmağa imkanı olduğu halda çıxarmayıb udarsa, bu halda orucu pozulmuş sayılır. Həmçinin oxuyun: Orucu pozan amillər hansılardır?

Teqlər: 
Paylaş: