Ərin arvadına zülm etməsi onun üçün imtahan ola bilərmi?

    20.11.2019
Kimdən: 
Nur
Sual: 
Salam.Erin arvadina zulum etmesi dince necedir. Evde ananin bu zulumlere aci sozlere ovladlari ucun dozmesine sebir etmesine Allah mukafat verecekmi bu sizce Allahdan sinaq ola bilermi? dozulmelidirmi ya yox?
Cavab: 

Va aleykum salam. Dinimiz kişilərə həyat yoldaşları ilə gözəl davranmağı və onlara qarşı haqsızlıq etməməyi buyurur. Uca Allah buyurur: "Onlarla (qadınlarla) xoş rəftar edin" (ən-Nisa, 19).

İbn Kəsir bu ayənin təfsirində deyir: "Yəni onlara xoş sözlər söyləyin, davranışlarınızı və zahiri görünüşlərinizi onlar üçün bacardığınız qədər gözəlləşdirin. Qadından gözəl görünməyi və xoş söz eşitməyi sevdiyi kimi kişi də öz xanımı ilə o cür davranmalıdır. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır" (əl-Bəqərə, 228).

Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirxah olanınızdır. İçinizdə ailəsinə qarşı ən xeyirxah olan mənəm" (ət-Tirmizi, 4/367). " (İbn Kəsir, 1/477). 

Yaşadığımız həyatda üzləşdiyimiz hər bir çətinlik bir imtahandır. Ailənin dağılmaması üçün həyat yoldaşının zülmünə səbir etməyə görə Allah qatında mükafat verilər. Lakin, səbir etməklə yanaşı problemin səbəbini araşdırıb onu aradan qaldırmağa çalışın və bu işdə Allahdan yardım diləyin. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir". (əl-Bəqərə, 45). "Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur)". (əl-Bəqərə, 153). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: