Orucu açmaq üçün məsciddə azan səsini eşitmək vacibdirmi?

    11.09.2020
Kimdən: 
Elman
Sual: 
Salam , biz şie uşaqlarıynan oturub iftar vaxtını gözləyib hemişe azan oxunanda orucumuzu açırdıq . İş ele getirdiki biz azan sesi eşitmedik, yaxud azan oxunmadı. Yeqinki artıq 10 deqiqe vaxt keçdiki men ve başqası orucu açdıq şie uşaqlar durdular ki yox azan oxunmalı. Ne qeder dedimki gün batdısa oruc açılmalıdı . Dediler yox. Uzun mesele 25 deqiqe keçdikden sonra,orucu açdılar. Mescid azanı gözlemeye ne ehtiyac var?
Cavab: 
Aleykum salam. Məğrib namazının vaxtı girdikdən sonra orucu açmaq lazımdır. Məğrib namazının vaxtı isə günəşin qövsü üfüqdə itdikdən sonra girir. Bunun üçün hansısa məscidin azan səsini gözləməyə ehtiyac yoxdur. Həmçminin ölkəmizdə məscidlərdə Məğrib azanını hardasa 15-20 dəqiqə gecikdirirlər. 
Orucu dərhal günəş batan kimi açmaq və gecikdirməmək müstəhəbdir. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "İnsanlar iftarı tezləşdirdikləri təqdirdə xeyir içərisində olacaqlar". (Səhih əl-Buxari, 1957; Səhih Muslim, 1098; ət-Tirmizi, 695). Həmçinin demişdir: "Həqiqətən, biz peyğəmbərlərə iftarı (gün batan kimi) tezləşdirmək, səhuru (sübh namazına qədər) gecikdirmək və namazda sağ əli sol əlin üzərinə qoymaq əmr olundu". (ət-Tabərani, 11323; İbn Hibban, 1770). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: