Günəşin qırmızı işıqları görünən vaxt məğrib namazını qılmaq olarmı?
Sual:
məğrib namazını gün batanda qılınır. Bəs günəşin qırmızı işıqları gorsənəndə qılmaq olar?
Cavab:
Va aleykum Salam. Məğrib namazının vaxtı günəş batandan dərhal sonra günəşin şəfəqləri itənə qədərdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Məğribin vaxtı şəfəq itənə qədərdir". (Muslim, 612). Həmçinin Sələmə ibn əl-Əkva (Allah ondan razı olsun) rəvayət etmişdir ki, peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Məğrib namazını günəş batıb gözdən itəndən sonra qılardı. (Muslim, 636). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ümmətim Məğrib namazını ulduzlar görsənən vaxta qədər gecikdirməsələr, xeyir içərisində, yaxud fitrət üzərində olarlar". (Əbu Davud, 414).