Bir günahı tərk edib ölənə qədər bu günaha qayıtmamaq tövbəni əvəz edirmi?
Sual:
Salam alekum. Allah sizlerden razı olsun. Sualım beledır: Böyük günahı evveller eden adam, uzun müddettdirki bu emeli daha etmir ve ömrünün sonuna kimi bunu bir daha etmeyecekse, evvel etdiyi bu günaha göre Allaha tövbe etmelidirmi ? Coxsaqolun.
Cavab:
Aleykum salam. Böyük günahların silinməsi üçün mütləq tövbə etmək lazımdır. Tövbə etmək günahdan əl çəkib, bu günaha görə peşmançılıq hissi keçirmək və bir daha bu günaha qayıtmamağa qərar verməklə olur. Həmçinin oxuyun:
Tövbə etsəm, Allah bağışlayarmı?
Tövbəni necə etmək lazımdır?