"Allahım işlərimi sahmana sal" duasını yaza bilərsiniz?

    23.09.2020
Sual: 
Allahım sene tapşırıram bu işi yoluna qoy. Bu zikri deyerdiz
Cavab: 

Salam aleykum. Uca Allah Quranda Fironun ailəsindən olan mömin bir kişinin dediklərini xatırladaraq buyurur: "Mən öz işi­mi Alla­ha həvalə edirəm. Həqiqə­tən, Allah qullarını gö­rəndir". (Ğafir, 44). Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu mənada bir çox dua varid olmuşdur. Duaların birində deyilir: "Allahummə rahmətəkə ərcu fələ təkilni ilə nəfsi tarfətə ayn va aslih li şə'ni kulləhu, lə iləhə illə ənt" - Allahım, Sənin rəhmətini diləyirəm. Məni bir an da olsa öz ixtiyarıma buraxma, bütün işlərimi sahmana sal. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur". (Əbu Davud, 4/324; İmam Əhməd, 5/42). Oxşar zikr həmçinin yatağa girərkən də deyilir: Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: "Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəs­təmaz al, sonra sağ böyrün üs­tə uzan, sonra de: "Allahummə, əsləmtu vəchi iley­kə, və fəvvədtu əmri ileykə, və əlcə'tu zahri ileykə, rağbətən və rah­bətən ileyk. Lə məlcə'ə və lə məncəə minkə illə ileyk. Allahummə, ə'mən­tu biki­təbikəl-ləzi ənzəltə və binəbiyyikəl-ləzi ərsəltə!" (Allahım! Sənə ümid edərək və Sən­dən qorxaraq canımı Sənə təslim etdim, işimi Sənə həvalə etdim, üzümü Sənə çevirdim, kü­rəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!) Əgər o gecə ölsən, fitrət üzərində (müsəlman olaraq) öləcəksən. Sən bu söz­ləri, dediyin sözlərin axırıncısı et" . (Səhih əl-Bu­xa­ri, 247; Səhih Muslim, 7057). Həmçinin oxşar dua istixarə duasında da deyilir. Daha ətraflı:
Quran və Səhih hədislərdən seçilmiş dualar

Teqlər: 
Paylaş: